Almaniya Baş Prokurorluğu Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxsi saxlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki şübhəli, Almaniyada yerləşən universitetlərdən birinin işçisidir. Verilən məlumatlara görə, 2020-ci ilin oktyabrından 2021-ci ilin iyun ayına qədər o, Rusiya kəşfiyyat xidmətinin nümayəndələri ilə ən az üç dəfə görüşüb. İddiaya görə həmin şəxs Rusiyanın xüsusi xidmət orqanlarına iki dəfə məlumat ötürüb və əvəzində nağd pul alıb.