ABŞ-da 18 maşın toqquşdu – ölənlər var


ABŞ-ın Alabama ştatında 18 maşının toqquşması nəticəsində baş verən qəzada 9-u uşaq olmaqla 10 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Alabama məhkəmə tibbi ekspertizasından məlumat verilib. Xəbərdə bildirilir ki, qəzaya səbəb ərazidəki qasırğa olub.
Toqquşma nəticəsində içərisində qız uşaqları olan avtobus isə yanaraq tamamilə yararsız hala düşüb. Avtobusdan yalnız sürücünü sağ çıxarmaq mümkün olub.

DİGƏR XƏBƏRLƏR

Top