ABŞ Rusiyaya qarşı yeni sanksiyaya hazırlaşır – Navalnıya görə


ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin görüşməsindən sonra ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq etmək istədiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Rusiyaya qarşı hazırlanacaq yeni sanksiya rus muxalif lider Aleksey Navalnının zəhərlənməsinə görə nəzərdə tutulur.
Məlumatda həmçinin bildirilir ki, məsələ ilə bağlı ABŞ-ın Milli Təhlükəsizlik işləri üzrə müşaviri Ceyk Sullivan məlumat verib. Onun sözlərinə görə, hazırda yeni paket üzərində işlənir. 
Qeyd edək ki, iki ölkə liderinin görüşü 16 iyunda İsveçrənin paytaxtı Cenevrədə baş tutmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top