"Qara kif" xəstəliyi bu ölkədə də qeydə alındı


Son günlər Hindistanda yayılan “qara kif” xəstəliyi bu dəfə Argentinada bir qadında müşahidə olunub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik xəstəxanada koronavirusdan müalicə olunan bir qadının “mukormikoz” adlandırılan “qara kif” xəstəliyinə yoluxması xəbərini təsdiqləyib. Bildirilib ki, bu fakt ölkədə ilk dəfə qeydə alınıb. Adı açıqlanmasa da, həmin şəxsin 47 yaşı olduğu bildirilib. Nazirliyin məlumatında deyilir ki, diabet və təzyiq xəstəsi olan qadın artıq evə buraxılıb.
Qeyd edək ki, nadir görülən və “mukormikoz” adlanan bu infeksiyada ölüm ehtimalı 50 faizdir. İnfeksiyanın beyinə keçməsinin qarşısını almaq və xəstələrin sağalması üçün isə xəstənin gözləri çıxarıldığı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top