Ermənistanın yeni parlamentində hansı partiyanın neçə deputatı olacaq?


Xəbər verdiyimiz kimi, dünən Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistanda seçki barajını (5%) keçən 3 siyasi partiya və blok paralmetndə təmsil olunacaq. Bunlar Nikol Paşinyanın rəhbərlik ediyi “Mülkü Müqavilə” partiyası, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku və Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” blokudur.
Açıqlanan ilkin məlumatlara görə, “Mülkü Müqavilə” partiyası səslərin 53,92%-ni, “Ermənistan” bloku 21,01%-ni, “Mənim şərəfim var” bloku isə 5,23%-ni əldə edib.
Əgər səslərdə hər hansı bir dəyişiklik olmazsa, Ermənistan parlamentində “Mülkü Müqavilə” partiyası 71, “Ermənistan” bloku 29, “Mənim şərəfim var” bloku isə 7 deputata sahib olacaq.

DİGƏR XƏBƏRLƏR

Top