Paşinyan: "Hökuməti təkbaşına formalaşdıracağıq"


Ermənistan Milli Seçki Komissiyası tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, “Vətəndaş Razılaşması” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tviter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya 105 deputat yerində ən azı 71-nə sahib olacaq. Bundan başqa o bildirib ki, ölkə “Vətəndaş Razılaşması” partiyası tərəfindən tək başına yönəldiləcək. Yeni hökumətə isə o özü başçılıq edəcək.
Qeyd edək ki, Ermənistanda artıq səslərin hesablanması başa çatıb. “Vətəndaş Razılaşması” 53,92 faiz səs toplayaraq liderliyini qoruyub.

DİGƏR XƏBƏRLƏR

Top