Güləşçimiz 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.

Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.

 

DİGƏR XƏBƏRLƏR

Top