Avropa çempionatı: Güləşçilərimizdən iki qızıl, bir bürünc medal - FOTOLAR

Avropa çempionatı: Güləşçilərimizdən iki qızıl, bir bürünc medal - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

65 kq-dakı idmançı estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa 3-cüsü olub.

19:35

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.

Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.


19:13

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

48 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Mustafayev qələbə qazandıqdan sonra iki ölkə bayrağı ilə xalçanın üzərində dövrə vurub.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.



Report

DİGƏR XƏBƏRLƏR

Top