Bərdədə "Moskviç" aşdı, 25 yaşlı qadın öldü


Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Soğanverdilər kəndində qeydə alınıb.

Belə ki "Moskviç" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, F.Aslanovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. / Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top