Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən ölüb


Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.

Ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.

Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. /Report

DİGƏR XƏBƏRLƏR

Top