Fermerlərdən 65 qəpiyə alınan pambıq xaricə 2,5 manata satılır


Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 72 min 716,1 ton pambıq lifi ixrac edib. 
Yeniavaz.com
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, xaricə satılan pambıq lifinin dəyəri 109 milyon 370,5 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi xaricə satılan pambığın 1 kiloqramının gömrük dəyəri 1,5 dollar (2,5 manat) təşkil edib. 
Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarlarında pambığın 1 kiloqramının orta satış qiyməti 1,85 dollara (3,15 manat) bərabərdir.
Azərbaycanda isə 1-ci növ pambığın hər kiloqramı  fermerlərdən 65 qəpiyə (0,38 dollar) satın alınır.

DİGƏR XƏBƏRLƏR

Top