Şirvanda tanışını öldürən şəxs tutuldu


İyunun 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şirvan şəhər prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü Xəyyam Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fəxrəddin Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyyam Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top