Türkiyənin gəmi əleyhinə raketi "Atmaca"nın sınağı uğurla başa çatıb - VİDEO


Türkiyənin gəmi əleyhinə raketi “Atmaca” ("Şahin") ordunun silahlandırılmasına daxil olmazdan əvvəl son sınaq zamanı gəmi formalı suüstü hədəfi müvəffəqiyyətlə vurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə paylaşım edib.

“Mavi vətənimizin polad qılıncı, gəmi əleyhinə raket “Atmaca” hərbi arsenala daxil olmamışdan əvvəl bu gün son sınağı zamanı ilk dəfə gəmi hədəfi vurdu.

Türk Silahlı Qüvvələrimizə və Donanmamıza xeyirli, uğurlu olsun”, - prezident bildirib.

R.Ərdoğan müvəffəqiyyətli sınağını əks etdirən videonu da paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top