Bakıda mikroavtobus qəzaya uğradı - 3 nəfər xəsarət aldı


Bakının Qaradağ rayonunda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.
Hadisə Bakı-Ələt magistralının 45-ci kilometrliyində baş verib.
“Hyundai” markalı minik avtomobili “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı aşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top