Eriksen xəstəxanadan çıxdı


Ürək tutması keçirən futbol üzrə Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen xəsətəxanadan çıxıb.

Bu barədə Danimarka Futbol Federasiyasının açıqlamasında qeyd olunub.
Bildirilib ki, Eriksen bu gün uğurlu əməliyyat keçirib. Əməliyyatdan sonra futbolçunun komandasını ziyarət etdiyi və ailəsinin yanına qayıdacağı da qeyd olunub.
Xatırladaq ki, iyunun 12-də Avropa Çempionatı çərçivsində keçirilən Finlandiya yığmasına qarşı oyunun 12-ci dəqiqəsində Eriksen qəfil yerə yıxılaraq ürək tutması keçirib.

DİGƏR XƏBƏRLƏR

Top