Şirvanda 40 yaşlı kişi qətlə yetirildi


Şirvan şəhərində qətl törədilib.

Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxi Veys oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının dediyinə görə, F.Babayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top