Oğuzda qəza oldu, 40 abonent qazsız qaldı


Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Balakən istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq qaz xəttini qırıb.
Nəticədə həmin ərazidə yaşayan təqribən 40 abonentə "mavi yanacağ"ın verilməsi dayandırılıb.
Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.
Qaz xəttinin qırılması nəticəsində yaxınlıqdakı bir neçə sayğac da yararsız vəziyyətə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top