İsveç millisi Slovakiyaya qalib gəldi


Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən oyunda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.
İsveç yığması rəqib komandaya 1 qolla qalib gəlib.
Qolu oyunun 77-ci dəqiqəsində penaltidən Emil Forsberq vurub.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.
Qeyd edək ki, bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top