Uşaqlar üçün yaradılan "Qaynar xətt" nə zaman fəaliyyətə başlayacaq?


“Hazırda uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması üzrə işlər davam edir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, qurumun tərkibində uşaq məsələləri üzrə konkret ixtisaslaşmış “Qaynar xətt” yaradılır:
“Bunun il ərzində yaradılması üçün maliyyə ayrılıb və sözügedən "Qaynar xətt" xidmətinin ilin sonundan fəaliyyətə başlaması nəzərdə tutulub".
E.Səfərov qeyd edib ki, qurum həmçinin qeyri-hökumət təşkilatının “Qaynar xətt” xidmətinə də dəstək göstərir:
"Bizim “860” nömrəli “Qaynar xətt”imiz isə ümumiyyətlə məişət zorakılığı qurbanları üçündür".

DİGƏR XƏBƏRLƏR

Top