
"Vaksin vurdurandan sonra riayət ediləcək xususi qaydalar yoxdur".
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.
""Vaksin olunan nahiyəyə su vurmaq olmaz" kimi fikirlər yalnışdır. Bol maye içmələri və ağır fiziki işlərdən uzaq durmaları yetərlidir", - N.Mustafayeva qeyd edib.