DİN 15 ədəd "Niva" alır – Birinə 18,6 min manat ödəyəcək…


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri dəyəri 279 min 750 manat olan tender müsabiqələrinin qalibi “Xəzər Auto” MMC olub.
Tenderin şərtlərinə görə, “Xəzər Auto” MMC Baş Mühafizə İdarəsinə 15 ədəd “Lada Niva” markalı avtomobil satacaq. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, Baş Mühafizə İdarəsi “Lada Niva” markalı avtomobilin 1 ədədi üçün 18 min 658 manat pul ödəyəcək.
Məlumat üçün bildirək ki, bu gün (18.06.2021) ölkənin aparıcı avtomobil elanı saytlarından birində “Lada” avtomobillərinin Azərbaycandakı rəsmi distribyutoru tərəfindən yerləşdirilən elanda göstərilir ki, 2021-ci il istehsalı və 0 km yürüşü olan “Lada Niva”nın satış qiyməti 16 min 500 manatdır.
M\lumat üçün bildirək ki, “Xəzər Auto” MMC 13.12.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nərimanov pr., ev 55, m 67-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbaslı Kamran İlkin oğludur.

 

DİGƏR XƏBƏRLƏR

Top