Yevlaxlı fermerlər biçin işinin geckiməsindən narhatdır – FOTO


Yevlaxlı fermerlər buğdalarını biçmək üçün kombayn tapa bilmirlər.

Yeniavaz.com-a danışan yevlaxlı təsərüfat sahibləri, Elçin Nəsibov və Elnurə Əliyeva texnika çatşmazlığından şikayətləniblər.
Onlar deyirlər ki, məhsul bol olsa da onu yığa bilməyirlər. Arpanı biçsələr də buğda sahələrdə qalıb. Kombayn tapılmır. Nəticədə məhsuldarlıq aşağı düşür. Çıxılmaz vəziyyətdə qalan fermerlər qonşu rayonlardan mexanizatorlar çağırıblar. Onlar isə kəndlilərdən hər hektara görə, 60-70 manat alıblar. Yevlaxın Kolanı kəndində yaranmış kombayn çatışmazlığı ilə əlaqədar Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etdik. Qurumdan şifahi olaraq bildirildi ki, həmin kənddə yaranan problem tezliklə həllini tapacaq. Texnikalarda nasazlıq yarandığından həmin kənddə biçin işində ləngimə yaranıb.

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top