Rusiya iyuldan etibarən Türkiyə ilə sərhədləri aça bilər


Rusiyanın Koronavirusla Mübarizə Mərkəzi 1 iyuldan etibarən Rusiyaya uçuşların bərpa edilməsi məsələsini müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” Rusiyanın iki mənbəsinə əsasən xəbər yayıb.
Hələ dəqiq nəticələri məlum olmasa da, bu qərarın Rusiyanın cənubunda yerləşən kurort xidmətinin həddən artıq yüklənməsi və koronavirusa yoluxma hallarının artma ehtimalı səbəbindən müzakirə olunduğu deyilir.
Uçuşların hansı aviaşirkət tərəfindən həyata keçirəcəyi məlum olmasa da, adı verilməyən avişirkətlərdən biri xəbəri təsdiqləyib.
Qeyd edək ki, yaxın günlərdə iki ölkə arasında uçuşların bərpa olunması üçün Rusiyadan Türkiyəyə nümayəndə heyəti yollanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top