
"Hamiləlik planlaşdırılması zamanı vaksin vurdurmağın əks təsiri yoxdur".
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.
O qeyd edib ki, hamiləlik planlaşırılması zamanı vaksin vurdurmağın əks təsiri olmasa da həmin şəxslərin həkimlə məsləhətləşməsi daha doğru olar.