
"Hal-hazırda mövcud qaydalara əsasən COVID pasportu yalnız vaksinin hər iki dozasını tamamlayan şəxslərə verilir".
Yeniavaz.com xəbər verir ki, bu sözləri TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda deyib.
O həmçinin qeyd edib ki, immun pasportu son 6 ay ərzində COVID-19-a yoluxan və sistemdə COVID-19 PCR pozitiv testi olan şəxslərə verilir.
Tətbiqimizi yükləyə bilərsiniz