Ermənistanda daha bir sorğu – Köçəryan önə keçdi – FOTO


Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.
Yeniavaz.com “Gallup”un açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, keçirilən sorğuda vətəndaşlardan bu ilin iyun ayının 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində kimə səs verəcəkləri soruşulub.
Sorğuda iştirak edənlərin 28,7%-i sabiq president Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna səs verəcəklərini bildiriblər.
Telefon vasitəsilə keçirilən sorğuda iştirak edənlətrin 25,2%-i isə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini deyiblər.
“Gallup”un bu gün (18 iyun 2020-ci il) açıqladığı məlumatda
aşağıdakı siyasi qüvvələr yer alıb:
Robert Koçaryanın rəhbərlik etdiyi
“Ermənistan” bloku
28,7 %
Nikol Paşinyanın rəhbərlik etdiyi
“Mənim addımım” partiyası
25,2 %
Serj Sarkisyan və Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 10,8 %
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 5,4 %
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası 5,2 %
“Şirinyan-Babajanyan” bloku 2,8 %
Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası 2,6 %
Levon Ter Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” 1,5 %
“Evimiz Ermənistandır” partiyası 1,2 %
“5165 Hərəkatı” 1 %
“Ermənilərin Vətəni” partiyası 0,8 %
“Milli-Demokratik Qütb” partiyası 0,7 %
“Ədalətli Ermənistan” partiyası 0,6 %
Suveren Ermənistan partiyası 0,4 %
Digərləri 1,1 %
Cavab verməyənlər 5,2 %
“Heç kimə səs verməyəcəm” deyənlər 2,2 %
“Bimirəm” deyənlər 4,1 %
Qeyd edək ki, ilk 5-likdə yer alan siyasi qüvvələr “Gallup”un fevral, mart, aprel, may və iyun aylarında keçirdiyi sorğuda aşağıdakı nəticələri əldə ediblər:
 
  Fevral Mart Aprel May İyun
Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku - - - 14,1 % 28,7 %
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına 33,1 % 31,7 % 27,2 % 24,8 % 25,2 %
Serj Sarkisyan və Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku - - - 3,1 % 10,8 %
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına 4,4 % 4,4 % 3,7% 4,1 % 5,4 %
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasına 2,6 % 2,7 % 1,8 % 2 % 5,2 %

Onu da bildirək ki, iyun ayının 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində 4 siyasi blok, 24 siyasi partiya iştirak edəcəyini rəsmi şəkildə açıqlayıb. Sorğuda digər siyasi qüvvələr 3%-dən aşağı səs alıblar. Respondentlərin 5,2%-i suala cavab verməyib. 2,7%-i isə seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top