Ürəyində dəlik olan Əlinin yardımınıza ehtiyacı var – İkinci dəfə əməliyyat olunmalıdır


17.01.2021 tarixində iki ürək qüsuru ilə dünyaya gələn Əli Tanırverdiyevin sizin yardımınıza ehtiyacı var.

Atası Əsgər Tanırverdiyev Yeniavaz.com-a müraciət edərək əməliyyat üçün 13 000 manat lazım olduğunu bildirdi:
"Övladım anadangəlmə iki ürək problemi ilə doğulub. Birinci damar tutulması idi. Həkimlər "anju" etdilər, lakin düzəlmədi, daha sonra isə əməliyyat etdilər. Əməliyyatdan sonra damarlar açıldı və problem həll oldu. İndi isə ikinci məsələ qalıb, o da ürəyindəki dəlikdir. Onun üçün də əməliyyat olundu. Lakin yenidən oğlumun ürəyində problem yaranıb. Əməliyyat üçü isə maddi imkanımız çatmır. 13 min manat lazımdır. Buna görə, Azərbaycan xalqından kömək istəyirəm. Hər kəs 1 AZN belə yardım etsə, balamın həyatı xilas ola bilər”.
Mərkəzi Klinik Xəstəxanasından Ələsgər Tanırverdiyevin verdiyi məlumatı təsdiqlədilər. Bildirildi ki, Əli Tanırverdiyev ürəyində yaranan problemlə əlaqədar ikinci dəfə əməliyyat olunmalıdır: “Körpə üçüncü dəfə də əməliyyat oluna bilər”.

Kömək etmək istəyənlər üçün Bank hesabı və əlaqə nömrəsi: 055-320-21-34
Kapital Bank: 4169 7413 9483 3774

DİGƏR XƏBƏRLƏR

Top