
Nigeriyanın Kebbi əyalətində bir qrup silahlı şəxs məktəbə silahlı hücum edib.
Yeniavaz.com "Sözcü"yə istinadla xəbər verir ki, bu barədə Kebbi polis idarəsinin sözçüsü məlumat verib. O bildirib ki, hücum nəticəsində 1 polis əməkdaşı ölüb. Şagird və müəllimlər də daxil olmaqla 80-dən çox şəxs isə qaçırılıb.
Qeyd edək ki, Nigeriyada dekabrdan bəri fidyə üçün qaçırılan şagirdlərin sayı 800-ü keçib.