Mingəçevir məktəblərində “Yay məktəbi” davam edir – FOTO


Mingəçevir şəhərində Təhsil Nazirliyinin start verdiyi "Yay məktəbi" ümumtəhsil müəssisələrində fəaliyyətini davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, şagirdlər böyük həvəslə Təhsil Nazirliyinin start verdiyi “Yay məktəbi”nə qoşulublar. Onlar həvəslə məktəbə gələrək, müxtəlif fənnlərdən olan gerilikləri aradan qaldırmağa çalışırlar, əyləncəli oyunlarla vaxtlarını səmərəli keçirdirlər. Məktəbin müəllimləri onlara yaxından kömək edir. Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbin şagirdləri də  “Yay məktəbi”nə qoşulublar. Onlar yay məktəbi üçün yaradılan hər cür imkanlardan istifadə edərək pandemiyada geridə buraxdıqları fənləri öyrənirlər. Məktəbin direktoru Daşqın İbrahimov bu barədə Yeniavaz.com-a məlumat üçün bildirdi ki, yay məktəbi üçün məktəbimizdə hər cür şərait yaradılıb:
““Yay məktəbi”nə hazırlıq çərçivəsində müvafiq tədbirlər görülüb, valideyn və şagirdlərlə izahedici və maarifləndirici işlər aparılıb. Şagirdlər həm əylənir, həm də öyrənirlər. Gələn həftədən isə şagirdləri Tarix muzeyinə, Şəhidlər xiyabanına və müxtəlif səyahətlərə aparacayıq. Qeyd etmək istərdim ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib”.

Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev bildirdi ki, Mingəçevirin bütün orta ümumtəhsil müəssisələrində “Yay məktəbi” təşkil edilib. Yay məktəbinin təşkil edilməsində əsas məqsəd şagirdlərin çətinlik çəkdiyi mövzuların möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidi. "Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top