
Moskva polisinə azərbaycanlı iş adamlarına məxsus "Sadovod" bazarına bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Yeniavaz.com bu barədə “TASS”a istinadən xəbər verir. Moskva dairəvi yolunun 14-cü km-də yerləşən “Sadovod” bazarına bomba qoyulması ilə bağlı xəbər anonim zəngdən sonra məlum olub. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ərazidə olan şəxslər təxliyyə olunmayıb. “Sadovod” bazarı 40 hektar ərazini əhatə edir. Bazar azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.
