Rusiyada yeni və daha yoluxucu COVID-19 ştammı aşkarlandı


Rusiyanın paytaxtı Moskvada koronavirsun yeni və daha yoluxucu ştammına rast gəlinib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva bələdiyyə başçısı Sergey Sobyanin məlumat verib. Başçı bildirib ki, sözügedən ştammın sağalma prosesi daha uzun çəkir. Sobyanin açıqlamasında Moskvada 24 dekabrdan bu günə kimi 7704 nəfərdə koronavirus aşkarlandığını və bu sayın 9000-ə çata biləcəyini də qeyd edib.
Qeyd edək ki, Moskvada narahatçılıq doğuran ştamm səbəbindən xəstəxanalara yerləşdirilənlərin sayı artıb.

DİGƏR XƏBƏRLƏR

Top