
Rusiya Müdafiə Nazirliyinin koronavirus əleyhinə saqqız, çeynənən zefir şəkilli tablet və pastil şəklində bir vasitə hazırladığı bildirilib.
Yeniavaz.com “rbc”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Tədqiqat İnstitununun rəhbəri Sergey Boriseviç məlumat verib.
Sözügedən vasitələr sınaqdan keçirildikdən sonra müxtəlif müalicə və proflaktik tədbirlərdə də istifadə olunacaq.
Qeyd edək ki, Rusiya MN-nin nəzdində olan institut mərkəzlə birgə “Teovac” adlı embrion peyvəndi hazırlayıb.