Yaponiyanın keçmiş ədliyyə naziri rüşvətə görə həbs olundu


Yaponiyanın keçmiş ədliyyə naziri Katsuyuki Kavaya Tokyo Məhkəməsi tərəfindən seçicilərə rüşvət verməkdə günahlandırlaraq, 3 il müddətinə həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Agentliyin məlumatına görə, keçmiş nazir həmçinin 1,3 milyon yen (təxminən 20400 AZN) cərimə olunub.
Qeyd edək ki, keçmiş baş nazirin həyat yoldaşı Anri Kavaya ötən yay parlamentin yuxarı palatasına namizəd olub. Həmin vaxt onun seçki kompaniyası üçün 270 min yen (459 min AZN) ayrılıb. Seçkilər vaxtı Anri Kavayanın həyat yoldaşı Katsuyuki kampaniyaya rəhbərlik edib. Onlar sonradan seçki kampaniyası üçün ayrılmış məbləği mənimsənməkdə və seçicilərə rüşvət verməkdə günahlandırlıblar. Əvvəllər tamamilə günahsız olduğunu bildirən keçmiş nazir 23 martda günahını boynuna alıb. Bundan başqa o bildirib ki, adı rüşvətxorluqda hallanan həyat yoldaşı Anri ilə onun heç bir iş birliyi olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top