Kəlbəcərdə göldə batan hərbçinin nəşi tapıldı – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Bu barədə Yeniavaz.com-a FHN-dən bildirilib.

Məlumata görə, axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


***11:13
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

***09:30
FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti göldə boğulub. Kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top