İranda prezident seçkiləri başladı

Bu gün İran İslam Respublikasında prezident seçkilərində səsverməyə start verilib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, səsvermə bu gün yerli vaxtla saat 07:00-da başlayıb. Ölkə ərazisində ümumilikdə 66,8 min seçki məntəqəsi açılıb.
Dünyanın 133 ölkəsində məskunlaşan İran vətəndaşları 234 seçki məntəqəsində səsverməyə qoşulacaqlar. Seçkidə iştirak etmək hüququ olan iranlıların ümumi sayı 52,31 milyon nəfərdir.
Qeyd edək ki, hazırkı İran prezidenti Həsən Ruhani bundan əvvəl iki dəfə prezident seçkilərində iştirak etdiyi üçün bu seçkilərdə öz namizədliyini irəli sürə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top