UEFA futbolçulara masadakı şüşələrə toxunmağı qadağan etdi


UEFA futbolçulardan AVRO-2020-də təşkil olunan mətbuat konfranslarında sponsor şüşələrinə toxunmağı qadağan edib.
Yeniavaz.com
“Ria Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo bir neçə gün əvvəl qarşısındakı “coca cola” şüşələrini kənara qoyaraq su içməyi məsləhət görməsi olub.
Bu hadisədən sonra bir neçə futbolçu da oxşar hərəkət edib.
UEFA-dan bildirilib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.
​​​​​​​
 

 

DİGƏR XƏBƏRLƏR

Top