
Türkiyədə gəmi ilə balıqçı qayığı toqquşub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadənxəbər verir ki, hadisə İstanbulda Yavuz Sultan körpüsünün altında baş verib.
İçində 3 nəfərin olduğu balıqçı qayığına “AS ROSAILA” adlı gəmi çırpılıb.
Hadisə nəticəsində qayıqda olan 3 nəfərdən 2-si vəfat edib.
Əraziyə xilasedicilər cəlb edilib.

