Türkiyə Ali Məhkəməsi “Balyoz planı” işində bəraət qərarını ləğv etdi


Türkiyə Ali Məhkəməsi "Balyoz Planı" iddiasında bəraət qazanan Çetin Doğan, Behzat Balta, Mehmet Kaya Varol, İhsan Balabanlı, Metin Yavuz Yalçın, Erdal Akyazan və Emin Küçükkılıçın bəraət qərarını ləğv edib.
Yeniavaz.com “SABAH” qəzetinə istinadən xəbər verir ki, baş tutan məhkəmədə AKP hökuməti yerinə "Milli Barış Hökuməti"nin qurmaq istəməkdə günahlandırılan müttəhimlərin 3 ildən 12 ilə kimi həbs cəzası ilə mühakimə olunmasının vacibliyi vurğulanıb. Məhkəmənin bu qərarı təqaüddə olan 104 admiral tərəfindən açıqlanan bəyanatla bağlı keçirilən istintaqda da presedent olacaq. 
Qeyd edək ki, 31 Mart 2015-ci il tarixində Konstitusiya Məhkəməsi yuxarıda adıçəkilən şəxslərin "ədalətli mühakimə olunma hüququ"nun pozulduğunu əsas göstərərək barələrində bəraət qərarı vermişdi. Anadolu Respublika Baş Prokurorunun müavini Mehmet Aydın şübhəlilər - Doğan, Balabanlı, Balta, Varol, Yalçın, Akyazan və Küçükkılıçın bəraət almasını qanunazidd sayaraq apelyasiya şikayəti verib. Şübhəlilərin apelyasiya araşdırmaları artıq tamamlanıb. Ümumilikdə "Balyoz" işi ilə bağlı 236 şübhəli haqqında başladılan cinayət işinə son verilmiş, onlar sərbəst buraxılmışdı.  
Xəbərdə deyilir ki, məhkəmədə şübhəlilər tərəfindən də təsdiqlənən səs yazıları analiz edilib. Analizlərdə general Doğanın planla əlaqədar istəkləri, o dövrün komandirləri tərəfindən görülən işlər və verilən cavablar da yer alıb. 
Məhkəmənin bu qərarı "Ergenekon" və "Balyoz" planı üzrə məhkəmə işlərində təkrar mühakimənin önünü açdığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top