Nəzarətçilər Ronaldonu stadiona buraxmaq istəmədilər – VİDEO


Portuqaliya milli komandasının kapitanı Kristiano Ronaldo “Avro 2020” çərçivəsində Macarıstanla oynayacaqları oyun üçün Budapeştdə yerləşən “Puşkaş” stadionuna daxil olan zaman nəzarətçilər tərəfindən saxlanılaraq sənədlərinə baxılıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, stadionun təhlükəsizliyinə cavabdeh olan əməkdaşın ulduz futbolçunu tanımayraq sənədlərinə baxması sosial şəbəkələrdə geniş müzakirə olunub.
Bəzi sosial şəbəkə istifadəçiləri zarafatla yazıblar ki, yəqin stadionun işçisi “Coca-Cola” içkisini çox sevir və buna görə də Ronaldodan “qisas alıb”.
Qeyd edək ki, dünən 36 yaşlı futboçu ölkəsinin Macarıstanla F qrupunda oynayacağı oyundan əvvəl Budapeştdə keçirdiyi mətbuat konfransında “Coca-Cola” butulkalarını özündən uzaqlaşdırıb və adi su şüşəsini əlinə alaraq portuqal dilində “Agua” (“su”) deyə səslənib.
Ronaldonun bu davranışından sonra şirkətin səhmlərinin qiyməti 56,10 dollardan 55,22 dollara düşüb”. “Coca-Cola”nın bazar dəyəri isə 242 milyard dollardan 238 milyard dollar enib.

DİGƏR XƏBƏRLƏR

Top