Hansı məlumatlar vergi sirri hesab olunur? - AÇIQLAMA


Azərbaycanda hansı məlumatların vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu ilə bağlı Dövlət Vergi Xidməti açıqlma verib.
Yeniavaz.com açıqlanan məlumata istinadən bildirir ki, Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələrinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:
- vergi ödəyicisinin razılığı ilə aşkar edilən məlumatlar,
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN) məlumat,
- müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında məlumat,
- vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında məlumat,
- vergi ödənişləri üzrə borclar barədə məlumat,
- hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla),
- vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında məlumat,
- vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında məlumat,
- vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat.
Sadalanan bu məlumatlardan başqa digər məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur.


 

DİGƏR XƏBƏRLƏR

Top