Hansı ölkələrə nə qədər elektrik enerjisi satmışıq? - SİYAHI


Bu ilin may ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 81 milyon kVt·st və yaxud 4,3% artaraq 1 980 milyon kVt·st olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, ay ərzində elektrik enerjisinin ixracı 16 milyon kVt·st, idxalı isə 29 milyon kVt·st təşkil edib.

2021-ci ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı 10 928 milyon kVt·st olub. Ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 20 milyon kVt·st artaraq 10 115 milyon kVt·st, SES-lərdə 110 milyon kVt·st artaraq 659 milyon kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2 milyon kVt·st artaraq 154 milyon kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 39 milyon kVt·st, günəş elektrik stansiyalarında 20 milyon kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 95 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 791 milyon kVt·st (İES-lərdə 9 209 milyon kVt·st, SES-lərdə 582 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161 milyon kVt·st (İES-lərdə 74 milyon kVt·st, SES-lərdə 69 milyon kVt·st, GES-də 19 milyon kVt·st), müstəqil elektrik stansiyaları üzrə 948 milyon kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28 milyon kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 77 milyon kVt·st olub. İrandan 14 milyon kVt·st, Rusiyadan 39 milyon kVt·st, Gürcüstandan isə 23 milyon kVt·st elektrik enerjisi idxal edilib.

Cari ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı 570 milyon kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon kVt·st artıb. İrana 14 milyon kVt·st, Türkiyəyə 13 milyon kVt·st, Rusiyaya 39 milyon kVt·st, Gürcüstana isə 503 milyon kVt·st elektrik enerjisi ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top