Şəhriyar: "Ümid edirəm qələbəmə onlar da sevinir, təbrik almamağıma baxmayaraq”


Şəhriyar Məmmədyaro “Grand Chess Tour” turnirinin qalibi olması ilə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan şahmatçısı qələbəsinə görə aidiyyəti qurumlardan təbrik almadığını bildirib:

"Bildiyiniz kimi “Grand Chess Tour” turnirinin qalibi oldum. Bu, mənim üçün qazandığım ən güclü turnir idi. Bildiyiniz kimi turnirdə top onluqdan 7 şahmatçı iştirak edirdi. Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyəti qurumlar da sevinir, təbrik almamağıma baxmayaraq”.

DİGƏR XƏBƏRLƏR

Top