Serxio Ramos "Real Madrid"dən ayrıldı

Serxio Ramos İspaniyanın “Real” klubunu tərk edib.

Bunu Madrid təmsilçisi açıqlayıb.

Bildirilib ki, sabah 35 yaşlı müdafiəçi və klubun prezidenti Florentino Peresin iştirakı ilə vida mətbuat konfransı keçiriləcək. Bu isə o deməkdir ki, müqaviləsi başa çatan Ramosla klub arasında yeni anlaşma ilə bağlı razılıq əldə edilməyib.

Qeyd edək ki, Serxio 2005-ci ildən “Real”da forma geyinib.//apa

DİGƏR XƏBƏRLƏR

Top