Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenlə görüşü barədə danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Putin Cenevrə görüşün olduqca konstruktiv keçdiyini bildirib:
“Prezident Bayden gözlədiyim kimi çox konstruktiv, balanslı bir şəxs olduğunu söyləyə bilərəm.”
Putin Baydenlə görüşündə koronavirus məsələsinə, qarşılıqlı diplomatik münasibətlərə və digər mövzulara toxunduqlarını dilə gətirib.