Dünya Kuboku Seçmə mərhələsində oynanan Kanada-Haiti matçında qapıçının vurduğu qolun görüntüləri sosial mediada gündəm olub.
Yeniavaz.com "haberler.com"a istinadla xəbər verir ki, sözügedən videoda Haiti Milli Komandasının qapıçısı Xose Duverje əvvəlcə müdafiəçinin göndərdiyi topu ötürür, sonra isə vurmağa çalışarkən öz qapısına atır. Duverjenin öz qapısına vurduğu qol sosial şəbəkələrdə oyunun satıldığı ilə bağlı müxtəlif iddiallara səbəb olub.