
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin görüşü başlayır.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, hər iki lider görüş üçün İsveçrənin paytaxtı Cenevrədə yerləşən “Villa La Grange” iqamətgahına gəliblər.
Qeyd edək ki, Putin və Bayden Cenevrədə regional məsələləri, kiber təhlükəsizliyi, və qarşılıqlı münasibətləri müzakirə edəcək.