
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenlə görüşmək üçün İsveçrənin Cenevrə şəhərinə gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd edək ki, Putin və Bayden Cenevrədə 18-ci əsrdən qalan məşhur “Villa La Grange” iqamətgahında görüşəcək. Hər iki lider regional məsələləri, kiber təhlükəsizliyi, və qarşılıqlı münasibətləri müzakirə edəcək.