Tibb Universiteti beynəlxalq siyahıda


Azərbaycan Tibb Universiteti ilk dəfə olaraq beynəlxalq reytinq qurumuna daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, “Scimago Institutes Rankings” (SIR) - tədqiqat, innovasiya nəticələri və sosial təsirlərinə görə üç fərqli göstəricini özündə birləşdirən akademik və tədqiqat müəssisələrinin təsnifatıdır. 2009-cu ildən bəri nəşr olunan, akademik qurumların qlobal bir reytinqidir.
Qeyd edək ki, ATU 4 göstəriciyə görə indeksləşdirilib: ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstərici. “Scimago” sıralamasına görə, Azərbaycan Tibb Universiteti 2021-ci ildə ümumi göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yerdədir.

Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top