Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olundu – FOTO


Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələr vasitəsilə görüntülər paylaşılıb.

Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

DİGƏR XƏBƏRLƏR

Top