Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – SİYAHI + QİYMƏTLƏR


Bu ilin ilk 5 ayı ərzində xarici ölkələrdən Azərbaycana 755 milyon 15,4 min dollar dəyərində yeyinti məhsulları gətirilib. 
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, yanvar-may aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub. Belə ki, bu ilin ilk 5 ayında Azərbaycana xarici ölkələrdən 110,3 milyon dollar dəyərində 205,3 min ton meyvə-tərəvəz, 99,8 milyon dollar dəyərində 392,2 min ton buğda gətirilib.
Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 53 sent (91 qəpik), buğdanın 1 kiloqramının gömrük dəyəri isə 25 sent (43 qəpik) olub.
Bunlardan başqa, idxal olunan...
- ətin 1 kiloqramının dəyəri 1,75 dollar (2,98 manat),  
- südün 1 kiloqramının dəyəri 1,49 dollar (2,53 manat),  
- kərə yağının 1 kiloqramının dəyəri 4,86 dollar (8,27 manat),
- çayın 1 kiloqramının dəyəri 3,98 dollar (6,8 manat),
- bitki yağlarının 1 kiloqramının dəyəri 1,35 dollar (1,29 manat),
- düyünün 1 kiloqramının dəyəri 0,74 dollar (1,25 manat).

DİGƏR XƏBƏRLƏR

Top